Image

ŞİRKƏT HAQQINDA

Garanti Group tikinti şirkəti 2004-cü ildə fəaliyyətə başlamışdır. 17 il ərzində Garanti Group şəhərin geniş ərazilərində 16-dan çox bina və qeyri-yaşayış sahələri inşa edilmişdir. Layihələrimiz xüsusi memarlığı ilə fərqlənir.

“İlğım Palace”, "AVM MTK”, “Garanti Yasamal”, “Premiere Klass”, “Turan MTK”, “Ləpələr MTK”, “Gənclik” mehmanxanası, “Turan TT”, “Garanti Azadlıq”, “Dörd Qardaş MTK” və s. layihələr artıq tam istifadəyə verilib.

Hal-hazırda “Azadlıq Bağçalı Evlər”, “Zümrüd Residence” və “Bakı Bağları” layihələrinin inşası davam etdirilir.
Garanti Group şirkətinin qısa müddət ərzində uğur qazanmasının əsas sirri işləyir, müasir texnologiyaların tətbiqi ilə güvənli inşaat inşa edilir. İnşa kompleksimizdə daimi su, işıq və qaz sistemləri, sürətli sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, domofon və kart sistemi, generator sistemi, yeraltı avtodayanacaq, təhlükəsizlik xidməti, istirahət parkı, oyun meydançaları tam standartlara cavab verir. Bütün layihələrimizdə yaşıllığa xüsusi diqqətlə yanaşan Garanti Group ümumi sahənin 50% -dən çox hissəsini yaşıllıq üçün ayırır.